"Sun" kağız markası məktəblərdə gigiyena tədrisinə start verib - FOTO

"Sun" kağız markası məktəblərdə gigiyena tədrisinə start verib - FOTO
# 28 fevral 2020 13:59 (UTC +04:00)

Azərbaycanın ilk gigiyenik kağız markası olan Sun, ənənəvi sosial layihələrindən birini “Məktəbli” layihəsini fevral ayı ərzində Bakı və Xırdalan şəhərlərinin orta məktəblərində həyata keçirdi.

“Azersun Holding”dən “APA-Econommics”ə verilən məlumata görə, Sun marka nümayəndələri və həkim heyəti 16 məktəbdə 2 000 ibtidai sinif şagirdi ilə görüş keçirib, uşaqlara erkən yaşlardan şəxsi gigiyena və onun önəmi barədə tədrislər verdi. Məlumatlandırıcı cizgi filminin nümayişi ilə başlayan tədris, həkim çıxışı ilə davam etdi.

Gündəlik həyatda – ictimai nəqliyyat və digər kütləvi məkanlarda, ev və çöl heyvanları ilə təmasda, hətta öz yaşadığımız evlərdə də mikrob, virus və infeksiyalarla təmasda olmaq təhlükəsi ilə yaşayırıq. “Uşaqlar aktiv həyat tərzi sürdüklərindən mikroblarla təmasda olmağın şansı çox yüksəkdir”, – deyən həkim, – daima əllərimizi sabun ilə yumağın və ardından salfet ilə qurulamağın vacibliyini qeyd etdi. Su ilə yuma imkanı olmadıqda mütləq antibakterial vasitələrdən, xüsusi ilə nəm cib dəsmallardan istifadə vacibliyini bildirdi.

Layihənin məqsədi uşaqlara kiçik yaşlardan təməl şəxsi gigiyena vərdişlərini aşılamaq, valideynləri mövcud təhlükələr haqda bir daha məlumatlandırmaq və sağlamlığa önəm verən nəsil yetişdirməkdir.

İnteraktiv şəkildə keçən tədris sual-cavab sessiyası ilə davam etdi, azyaşlıların çoxsaylı sualları peşəkar həkim tərəfindən cavablandırıldı. Şagirdlər tərəfindən tədris zamanı öyrəndiklərinə aid əyləncəli oyunlar keçirildi, hər bir uşağa hədiyyələr paylanıldı.

Görüş keçirilən hər bir məktəbdə “Şəxsi gigiyena” mövzusunda müsabiqə elan edildi. 1 aylıq müddətdə davam edəcək yarışmaya “Şəxsi gigiyena” mövzusuna aid rəsm, şer, hekayə və s. yaradıcılıq nümunələri qəbul ediləcək və sonda hər məktəb üzrə qalib seçilərək “Sun” markası tərəfindən qiymətli hədiyyə ilə mükafatlandırılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR