"Veysəloğlu": Bütün məhsullarımız AQTA tərəfindən verilən uyğunluq sertifikatı ilə satışa çıxarılır

"Veysəloğlu": Bütün məhsullarımız AQTA tərəfindən verilən uyğunluq sertifikatı ilə satışa çıxarılır
# 03 mart 2020 16:05 (UTC +04:00)

Son günlər bəzi media səhifələrində “Veysəloğlu” MMC haqqında heç bir əsası olmayan və həqiqətə dayanmayan qərəzli, böhtan xarakterli məlumatlar dərc olunur.

Şirkətdən “APA-Economics”ə verilən məlumata görə, 25 ildən artıq bir zamanda Azərbaycanda distributor şirkəti kimi fəaliyyət göstərən “Veysəloğlu” MMC hər zaman Azərbaycana və onun iqtisadiyyatına xidmətləri ilə fayda verib. Şirkət 100-dən çox dünya brendinin ölkə daxilində distributorluğunu həyata keçirməkdədir və şirkətin hər zaman başlıca məqsədi istehlakçıları sağlam və yüksək keyfiyyətli ərzaq və qeyri-ərzaq məhsulları ilə təmin etməkdir.

Qeyd edək ki, şirkətin məlumatına görə, distributorluğunu təşkil etdiyi bütün qida məhsulları ölkəyə daxil olunarkən, Gömrük nəzarət qaydalarına riayət edilməklə yanaşı, hər bir partiyadan götürülmüş nümunələrin satışa yararlılığını yoxlayan testlər də keçirilir. Bundan əlavə, “Veysəloğlu” MMC bütün məhsulları AQTA tərəfindən verilən uyğunluq sertifikatı ilə satışa təqdim edilir.

“Veysəloğlu” MMC şəxsi markalarının qablaşdırılmasını isə Türkiyə, Avropa həmçinin, MDB məkanında fəaliyyət göstərən dünya standartlarına cavab verən qida fabriklərində həyata keçirir.

Şirkət birdə nəzərə çatdırırdı ki, bu kimi xəbərlər tamamilə qərəzlidir və haqqında aydınlıq gətirilmədən qərəzli məlumatlar yayımlandığı zaman “Veysəloğlu” MMC tərəfindən hüquqi tədbirlər görüləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR