Zabit Səmədov Avstriya brendinin simasi və rəsmi təmsilçisi oldu

Zabit Səmədov Avstriya brendinin simasi və rəsmi təmsilçisi oldu
# 17 iyun 2020 11:00 (UTC +04:00)

16 iyun tarixində Bakı Biznes Mərkəzində məhşur kikboksçu, "Mauqli" ləqəbli Zabit Səmədovla Avstriya ticarət markası "Berg" arasında müqavilə imzalandı. Bununla da Zabit Səmədov "Berg" ticarət markasının səfiri oldu. O, "Berg" şirkətinin yeni içki markası olan “Berg Glucose”in ölkəmizdə və dünyada siması və rəsmi təmsilçisi olacaq.

“Berg Glucose” Azərbaycan bazarında sağlam həyat tərzini təbliğ edən ilk məhsuldur. Bu məhsulun tərkibində vitaminlər kompleksi, qlükoza, dəmir və təbii limon suyu var. Tədbirdə çıxış edən məhşur kikboksçu məhsulun siması olmağının səbəbini də açıqladı. Zabit Səmədov: “Qələbəyə aparan sirr sağlamlıq üçün düzgün seçim etmək, səy göstərmək və gücdür. Mən sağlam həyat tərzini seçmişəm. “Berg Glucose” da sağlam həyat tərzi üçün mükəmməl içkidir. Bütün bu oxşarlıqlar məni və “Berg Glucose”ni birləşdirir”- dedi.

Sualları cavablandıran Zabit Səmədov həmçinin qeyd etdi ki, “Berg Glucose” ilə qarşıda çox maraqlı aktivliklər və layihələr gözləyir. O, tərkibində immun sistemini gücləndirən vitamin kompleksi, dəmir və qlükoza olan “Berg Glucose”-nı və həyatımızın istənilən anında möhkəm olmağı tövsiyə etdi. Qeyd edək ki, “Berg Glucose”un sloqanı “Möhkəm ol”dur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR