Azərbaycan ixracatçılarına maliyyə xidmətləri təklif olunacaq

Azərbaycan ixracatçılarına maliyyə xidmətləri təklif olunacaq
# 16 avqust 2019 13:09 (UTC +04:00)

Azərbaycan ixracatçıları Azexport.az portalı vasitəsilə istehsal etdikləri məhsulları dünyanın bir çox ölkələrinə ixracı zamanı faktorinq, akkreditiv, ixrac sığortası və digər maliyyə xidmətlərindən yararlana biləcəklər.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən (İİTKM) “APA-Economics”ə verilən məlumata görə, qeyd olunan xidmətlərin təklif olunması ilə bağlı müzakirələr İİTKM-lə Azərbaycan Beynəlxalq Bankı arasında aparıb.

Bankın idarə heyətinin sədri Abbas İbrahimov Mərkəzin həyata keçirdiyi bir sıra layihələrin ölkə iqtisadiyyatının inkişafındakı rolundan danışıb və Beynəlxalq Bank ilə Mərkəz arasında yaxın gələcəkdə əməkdaşlığın baş tutacağını vurğulayıb.

Qeyd edək ki, görüşdə Azexport.az, EnterpriseAzerbaijan, “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi və Rəqəmsal Ticarət Qovşağı ilə Beynəlxalq Bank arasında mövcud ola biləcək birgə əməkdaşlıq imkanları müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR