Azərbaycan meyvə-tərəvəz ixracını artırıb

Azərbaycan meyvə-tərəvəz ixracını artırıb
# 16 iyul 2019 11:27 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Azərbaycan xarici ölkələrə dəyəri 318,4 mln. ABŞ dolları təşkil edən 325,1 min ton meyvə-tərəvəz ixrac edib.

APA-Economics”in Dövlət Gömrük Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ötən ilin yanvar-iyun ayları ilə müqayisədə ixrac olunmuş meyvə-tərəvəzin dəyəri 41,7 mln. dollar və ya 15,1%, həcmi isə 25,4 min ton və ya 8,5% artıb.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında Azərbaycandan ixrac olunmuş meyvə-tərəvəz mallarını əsasən tomat (129,3 min ton), meşə fındığı (12,6 min ton), alma (39,4 min ton) və xurma (23,8 min ton) təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR