Azərbaycanda mebel istehsalı 46% artıb

Azərbaycanda mebel istehsalı 46% artıb
# 26 iyun 2019 19:01 (UTC +04:00)

Bu ilin yanvar-may ayları ərzində Azərbaycanda mebel istehsalı 46%-ə yaxın artıb.

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ölkədə 36 573,6 min manatlıq mebel istehsal olunub. Ötən ilin ilk beş ayı ilə müqayisədə bu göstərici 45,8% artıb.

Qeyd edək ki, hesabat dövründə Azərbaycan mebel idxalını 20,7% azaldıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR