Bakının iaşə dövriyyəsi 4,4% artıb

Bakının iaşə dövriyyəsi 4,4% artıb
# 01 avqust 2019 14:14 (UTC +04:00)

Bu ilin yanvar-iyun aylarında Bakının ictimai iaşə dövriyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 4,4% artaraq 478,1 mln. manat olub.

APA-Economics”in Bakı Şəhər Statistika İdarəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə dövriyyənin 44,3%-i hüquqi şəxs statuslu müəssisələrin, 55,7%-i isə bu sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fərdi sahibkarların payına düşüb. Hesabat dövründə hüquqi şəxs statuslu müəssisələrdə dövriyyə 2018-ci ilin yanvar-iyun aylarına nisbətən 2,9% azalaraq 211,6 mln. manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR