Strateji yol xəritələrinin İqtisadiyyat Nazirliyi və İİTKM üzrə operativ əlaqələndirmə qrupu yaradılıb

Strateji yol xəritələrinin İqtisadiyyat Nazirliyi və İİTKM üzrə operativ əlaqələndirmə qrupu yaradılıb
# 11 oktyabr 2019 17:19 (UTC +04:00)

Bu yaxınlarda Azərbaycanın İqtisadiyyat nazirinin əmri ilə strateji yol xəritələrinin həm İqtisadiyyat Nazirliyi, həm də İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) üzrə operativ əlaqələndirmə qrupu yaradılıb.

"APA-Economics"in məlumatına görə, bunu ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsinin müzakirəsi zamanı İqtisadiyyat nazirinin müşaviri Fazil Məmmədov deyib.

Onun sözlərinə görə, qrupun yaradılması koordinasiya işlərinin operativ və yüksək səviyyədə təmin olunması üçün vacib bir vasitədir: "Mərkəz tərəfdən də belə bir qrupun və ya əlaqələndiricinin olmasını istərdik ki, bu, operativliyin təmin edilməsinə töhfə verəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR