“Araz” supermarketin dəstəyi ilə şəhid xanımları üçün layihə baş tutub

“Araz” supermarketin dəstəyi ilə şəhid xanımları üçün layihə baş tutub
# 31 avqust 2022 09:00 (UTC +04:00)

“Araz” supermarketin dəstəyi ilə şəhid xanımları üçün layihə baş tutub. Tədbir çərçivəsində qadınların cəmiyyətdəki mövqeyinin gücləndirilməsi və fərdi inkişafı mövzusunda təlim keçirilib.

APA-Economics” xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupuna daxil olan “Araz” supermarketlər şəbəkəsinin dəstəyi ilə Müasir Psixologiya Mərkəzi və “Xarıbülbül fidanları” könüllü qrupu tərəfindən “Günəşə salam” layihəsi həyata keçirilib. Tədbirin iştirakçıları 44 günlük Vətən müharibəsi şəhidlərinin xanımları olub.

Məlumata görə, layihənin keçirilməsində əsas məqsəd şəhid xanımlarının psixoloji sağlamlıqlarının bərpa olunmasına dəstək olmaq, onların cəmiyyətə adaptasiyalarını sürətləndirmək, yeni bacarıqlar qazanmalarına yardımçı olmaq idi.

Günəşin doğuşu ilə start götürən tədbirin ilk mərhələsində xanımlara meditasiya və gimnastika seansları keçirilib. Rəsmi hissədə isə gender bərabərliyi, sosial sahibkarlıq, biznes və fərdi inkişaf mövzularında keçirilən interaktiv təlimlər, müxtəlif komanda oyunları vasitəsi ilə iştirakçılar yeni biliklər qazanıblar.

Tədbirdə şəhid xanımları ilə yanaşı, ictimai fəal şəxslər də iştirak ediblər.

Məlumat üçün bildirək ki, Veysəloğlu Şirkətlər Qrupu pərakəndə, logistika, distribusiya və istehsalat sahələrində fəaliyyət göstərir. Hazırda Şirkətlər Qrupunun 19,000 nəfərdən çox əməkdaşı var. Bu yaxınlarda dünyada tanınmış Deloitte şirkətinin Azərbaycanda ilk dəfə olaraq təşkil etdiyi nüfuzlu Best Managed Companies müsabiqəsində Veysəloğlu Şirkətlər Qrupu qaliblərdən biri elan edilib.

Azərbaycan cəmiyyəti üçün dəyər yaratmaq Veysəloğlu Şirkətlər Qrupunun prioritetlərindən biridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR