Azərbaycan şərabları Bolqarıstanda nümayiş etdirilib

Azərbaycan şərabları Bolqarıstanda nümayiş etdirilib
# 16 mart 2022 11:58 (UTC +04:00)

“Üzümdən ticarətə: Azərbaycan və Bolqar şərab ixracatçıları arasında sinerjinin qurulması” layihəsi çərçivəsində Azərbaycan şərab ixracatçıları Bolqarıstana tanışlıq səfəri zamanı öz məhsullarını təqdim ediblər.

Alman-Azərbaycan Xarici Ticarət Palatasından (AHK Azərbaycan) “APA-Economics”ə verilən məlumata görə, 9 azərbaycanlı şərab ixracatçısı Plovdiv şəhərində keçirilən VINARIA-2022 şərab sərgisində iştirak ediblər.

Layihəsinin tərkib hissəsi olan 1-ci Avropa İttifaqı-Azərbaycan Şərab Sammitində Avropa İttifaqı və Azərbaycandan olan 140 yaxın maraqlı tərəf və biznes nümayəndələrini bir araya gəlib.

Sammit çərçivəsində Bolqarıstan və Azərbaycanın şərab ixracatçıları arasında birgə əməkdaşlıq və yeni işgüzar əlaqələrin qurulması müzakirə olunub. Azərbaycan və Bolqarıstanın 15 şərab şirkəti öz məhsullarını azərbaycanlı və avropalı həmkarlarına və qurumlara nümayiş etdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR