Azərbaycana eşitmə aparatlarının idxalı kəskin artıb

Azərbaycana eşitmə aparatlarının idxalı kəskin artıb
# 13 mart 2023 16:37 (UTC +04:00)

2022-ci ildə Azərbaycana 1 mln. 456 min dollar dəyərində, 14 min 532 ədəd eşitmə aparatları gətirilib.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstəricinin həcmi 2021-ci illə müqayisədə 70.3% və ya 6000 ədəd çoxdur. 2021-ci ildə 1 mln. 543 min dollar dəyərində, 8 min 529 ədəd eşitmə aparatı idxal olunub.

Qeyd edək ki, ötən il Azərbaycana gətirilən eşitmə aparatlarının bir ədədinin orta idxal qiyməti 44.8% və ya 80.7 dollar azalaraq 100.3 dollara bərabər olub.

Xatırladaq ki, 2022-ci ildə ən çox eşitmə aparatı Çindən gətirilib. Belə ki, hesabat dövründə Çindən 353.3 min dollar dəyərində, 10 min 413 ədəd eşitmə aparatları idxal olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR