Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb

Azərbaycanda iqtisadi fəal əhalinin sayı açıqlanıb
# 19 yanvar 2022 14:06 (UTC +04:00)

Bu ilin yanvarın 1-nə olan ilkin məlumatlara əsasən, Azərbaycanda iqtisadi fəal əhalinin sayı 5303,9 min nəfər olub, onlardan 4988,2 min nəfərini məşğul əhali təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi fəal əhalinin sayı 1%, məşğul əhalinin sayı isə 2,3% artıb.

2021-ci il dekabrın 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1704,9 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,7 min nəfər, qeyri-dövlət sektorunda isə 799,2 min nəfər təşkil edib. İqtisadiyyatın neft-qaz sektorunda 31,5 min nəfər, qeyri neft-qaz sektorunda isə 1673,4 min nəfər çalışıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR