Bank Of Baku

Bakıda Qırğız Ticarət Evinin açılış mərasimi keçirilib - FOTO

Bakıda Qırğız Ticarət Evinin açılış mərasimi keçirilib - FOTO
# 30 oktyabr 2026 11:24 (UTC +04:00)

Bakıda Qırğız Ticarət Evinin açılış mərasimi keçirilib.

APA xəbər verir ki, tədbir Qırğızıstanın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə baş tutub.

Mərasimdə Qırğızıstanın aparıcı iş adamları, diplomatlar, yerli ictimaiyyətin nümayəndələri və media təmsilçiləri iştirak ediblər.

Qırğız Ticarət Evində ölkənin zəngin təbii sərvətlərini, milli dəyərlərini və istehsal potensialını əks etdirən müxtəlif məhsullar nümayiş etdirilir.

Qırğızıstanın Azərbaycandakı səfiri Maksat Mamytkanov bildirib ki, Ticarət Evinin yaradılmasında əsas məqsədlərdən biri iki ölkə arasında əmtəə dövriyyəsinin artırılması və iqtisadi əlaqələrin genişləndirilməsidir.

“İqtisadi əlaqələr vasitəsilə siyasi və humanitar münasibətlərimizi də möhkəmləndiririk. Bu, vətəndaşlarımız arasında mübadilə üçün daha geniş imkanlar yaradacaq, turizmin inkişafına və yeni iqtisadi layihələrin həyata keçirilməsinə şərait yaradacaq”, – səfir qeyd edib.

Maksat Mamytkanov Azərbaycan və Qırğızıstan sahibkarları arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, daha çox qırğızıstanlı iş adamının Azərbaycana gətirilməsi, onların yerli sahibkarlarla tanış edilməsi biznes üçün yeni perspektivlər aça bilər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR