Azərbaycanın ixrac missiyası İsveçrəyə səfər edəcək

Azərbaycanın ixrac missiyası İsveçrəyə səfər edəcək
  • Clock-gray 11:27
  • calendar-gray 19 İyun 2019

İyunun sonunadək Azərbaycanın ixrac missiyasının İsveçrəyə səfəri təşkil olunacaq.

APA-Economics”in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) rəhbəri Yusif Abdullayev deyib.

Onun sözlərinə görə, ixrac missiyasında 20-yə yaxın şirkətin nümayəndələri iştirak edəcək.

"Eyni zamanda İsveçrənin Sürix şəhərində həm ixrac missiyası, həm də geniş biznes forum təşkil olunacaq", - deyə Y. Abdullayev əlavə edib.

Qeyd edək ki, İsveçrə-Azərbaycan biznes forumu iyunun 27-də təşkil olunacaq.

Hüseyn Vəliyev

Digər xəbərlər

Arxiv

date