Azərbaycanın sənaye zonalarından ixracı kəskin artıb

Azərbaycanın sənaye zonalarından ixracı kəskin artıb
# 28 oktyabr 2022 10:32 (UTC +04:00)

2022-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanın sənaye zonalarında istehsal olunmuş məhsulların dəyəri ötən ilin eyni dövrünə nisbətən 41,5% artaraq təxminən 2,1 milyard manat, zonalardan ixracın dəyəri isə illik müqayisədə 55,3% artaraq 846 milyon manat təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "Twitter" hesabında qeyd edib.

Nazir əlavə edib ki, bu dövrdə sənaye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 16,6%, ixracında isə 33,3 % olub. İndiyə qədər sənaye zonalarında 8 milyard manat dəyərində məhsul istehsal edilib və bunun 2,6 milyard manatlıq hissəsi ixrac olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR