Sanksiyalar fonunda Belarus taxta materiallarının tədarükü üçün alternativ bazarlar axtarışındadır. “APA-Economics” Belarus mətbuatına istinadən xəbər verir ki, əgər əvvəllər Avropa bazarı daha marjinal hesab olunurdusa, hazırda alternativ bazarlar qismində Azərbaycan, İran və Mərkəzi Asiya ölkələri çıxış edə bilərlər. Belarus məhz bu ölkələrə məhsulu yönləndirmək niyyətindədir.
Belarus hökumətinin məlumatına görə, 2021-ci ildə Avropa İttifaqına taxta məhsullarının ixracı 3,2 mlrd. ABŞ dolları təşkil edib. “Bellesbuprom” konserni məhsullarının 40%-ni məhz Avropaya tədarük edirdi. Lakin bu ilin mart ayının əvvəlində Avropa İttifaqı Belarusun ağac emalına qarşı sanksiyalar tətbiq etdi. Söhbət taxta-şalban, briket, yanacaq qranulları, faner, müxtəlif taxta lövhələr və digər mallardan gedir.
Belarus taxta materialları tədarükü üçün Azərbaycanı alternativ bazar hesab edib
19 aprel 2022 09:47 (UTC +04:00)
Sahibkarlıq
Tamstore Ağdaşda ilk mağazasını açdı – Açılışa özəl 100 məhsulda 50% endirim
10:00
2 may 2024
“Final” çay Laçında layihə həyata keçirib - FOTO
16:30
1 may 2024
"Bazarstore" təltif edilib - FOTO
11:21
1 may 2024
“Yaşıl dünya naminə həmrəylik ili" çərçivəsində respublika müşavirəsi keçirilib
16:22
30 aprel 2024