Bu ilin may ayında Azərbaycanın yeyinti məhsulları ixracı 48% artıb

Bu ilin may ayında Azərbaycanın yeyinti məhsulları ixracı 48% artıb
# 06 iyun 2023 16:34 (UTC +04:00)

2023-cü ilin may ayı ərzində Azərbaycanın qeyri-neft ixracı 278.2 milyon dollar təşkil edib.

APA-Economics” xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin may ayı ilə müqayisədə 25.8% və ya 57.1 milyon dollar çoxdur. 2022-ci ilin may ayı ərzində Azərbaycanın qeyri-neft ixracı 221.1 milyon dollar idi.

Qeyd edək ki, cari ilin may ərzində Azərbaycanın yeyinti məhsulları ixracı 47.9% artaraq 98.2 milyon dollara, qeyri-yeyinti məhsulları ixracı isə 16.4% artaraq 180 milyon dollara yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR