Əhalinin yanacaq xərcləri mayda azalıb

Əhalinin yanacaq xərcləri mayda azalıb
# 10 iyun 2022 12:57 (UTC +04:00)

Bu ilin yanvar-may aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən təkcə avtomobil benzini və dizel yanacağına 1 036,4 mln. manat xərclənib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalarına görə, bu, 2021-ci ilin eyni göstəricisi ilə müqayisədə 7,1% və ya 69,2 mln. manat çoxdur.

Bu ilin may satışlarının dəyəri isə aprel göstəricisi ilə müqayisədə 26,2 mln. manat və ya 10,7% azalaraq 218,7 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin ilk beş ayında istehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 5,8%-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub. Bu, 2021-ci ilin eyni göstəricisindən 0,6 faiz bəndi azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR