Lerik və Lənkəranda fermerlərlə görüş keçirilib

Lerik və Lənkəranda fermerlərlə görüş keçirilib
# 23 aprel 2022 13:13 (UTC +04:00)

“Bu il Lerik rayonunda 2800 hektar sahədə payızlıq taxıl əkilib. Bu il də biçin prosesinə yeni kombaynların cəlb olunması nəzərdə tutulur”.

APA-Economics” xəbər verir ki, bu fikirləri Lerik rayonunda fermerlərlə görüş zamanı Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Rəfail Quliyev deyib. Onun sözlərinə görə, eyni zamanda mart-aprel aylarında havaların yağıntılı keçməsi taxılın inkişafına müsbət təsir göstərib. Lerikin taxıl sahələrində də fermerlər karbamid gübrəsindən daha çox istifadə edirlər. Gübrələmə prosesində bu ilki fərqli yanaşma taxılın inkişafına öz müsbət təsirini göstərib. Düzgün toxum seçimi, gübrənin sahələrə normativlərə uyğun verilməsi vacibdir və bununla bağlı fermerlər arasında maarifləndirmə işləri il boyu davam edir.

Rəfail Quliyev Lənkəranda yerli fermerlərlə keçirilən görüşdə bildirib ki, Lənkəran rayonunda bu il 800 hektar sahədə taxıl əkilib, kin dəmyə torpaqlarda, suvarılmayan ərazilərdə aparılıb. Monitorinqlər taxılın ümumi vəziyyətinin qənaətbəx olduğunu göstərir.

O qeyd edib ki, Kənd Təsərrüfatı Nazirliyinin rəhbər heyəti və yerli qurumlarda çalışan mütəxəssislər bölgələrdə fermerlərlə mütəmadi görüşlər keçirirlər. Bu görüşlərdə fermerlərin üzləşdiyi çətinliklər müzakirə olunur, onların aradan qaldırılması üçün yerində operativ tədbirlər görülür.

Lənkəranlı fermerlərlə müzakirələr zamanı taxıl sahələrində mövcud durum, suvarma məsələləri, gübrə ilə təminat, əkin sahələrində alaq otlarına və zərərvericilərə qarşı mübarizənin təşkili, bəyan prosesinin gedişi və digər mövzular ətrafında fikir mübadiləsi aparılıb, fermerlərin sualları ətraflı cavablandırılıb, səsləndirilən təkliflər qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR