Naxçıvanda “Dövlət satınalmalarının təşkili üzrə” təlim-seminar keçirilib

Naxçıvanda “Dövlət satınalmalarının təşkili üzrə” təlim-seminar keçirilib
# 16 fevral 2023 10:50 (UTC +04:00)

Bu gün Naxçıvan Biznes Mərkəzində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti və Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə “Dövlət satınalmalarının təşkili üzrə” təlim-seminar keçirilib.

Xidmətin dövlət satınalmalarına nəzarət şöbəsinin müdiri Əhməd Həsənov “APA-Economics”ə bildirib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən öz fəaliyyət istiqamətləri üzrə mütəmadi olaraq maarifləndirmə tədbirləri keçirilir. Bu gün isə Naxçıvan MR İqtisadiyyat Nazirliyi ilə birlikdə həm satınalan təşkilatlar, həm də sahibkarlar üçün 3 günlük təlim-seminar proqramına başlayırıq. Proqramın məqsədi dövlət satınalan təşkilatlarını dövlət satınalma haqqında qanunu bütün müddəaları ilə tanış etmək, qanuna müvafiq olaraq satınalmaların təşkilini birlikdə müzakirə etmək, eyni zamanda sahibkarları dövlət satınalmaları sahəsində maarifləndirmək, onları öz tender təkliflərini necə hazırlayıb hansı sənədlərlə birlikdə vaxtında satınalan təşkilatlara təqdim etməsi barədə müzakirələrimiz olacaqdır. Seminarlar müxtəlif vaxtlarda periodik olaraq təşkil ediləcək.

Qeyd edək ki, seminarda dövlət satınalmalarının planlaşdırılması, satınalmaların təşkili, satınalma metodları, iddiaçıların ixtisasına dair tələblər, tender təkliflərinin qiymətləndirilməsi və müqayisəsi, satınalmanın nəticələri, satınalma müqaviləsinin bağlanması və idarə olunması, şikayətlərin verilməsi və mübahisəli məsələlərin həlli kimi mövzular ətrafında fikir mübadiləsi aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR