Nazir: Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təşkili gələn il üçün hədəfimizdir

Nazir: Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təşkili gələn il üçün hədəfimizdir
# 28 dekabr 2022 11:58 (UTC +04:00)

Azərbaycan Biznesinin İnkişafı Fondunun fəaliyyətinin təşkil olunması gələn il qarşıya hədəf kimi qoyulub.

"APA-Economics" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Biz Azərbaycan iqtisadiyyatının, KOB-ların tələblərini nəzərə alaraq biz bir sıra yeni maliyyə alətlərini ərsəyə gətirəcəyik. Bununla bağlı gələn ilin birinci rübündə ixtisaslaşmış təqdimat keçirəcəyik. Burada həm qrant xarakteri daşıyan alətləri, həm də dayanıqlı alətlərin təqdim edilməsini nəzərdə tuturuq", - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR