OECD regionunda işsizlik səviyyəsinin azalması davam edir

OECD regionunda işsizlik səviyyəsinin azalması davam edir
# 18 yanvar 2022 17:48 (UTC +04:00)

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) regionunda işsizlik səviyyəsi ardıcıl yeddinci aydır azalır. Belə ki, işsizlik səviyyəsi oktyabr ayındakı 5,7% göstəricidən noyabrda 5,5%-ə düşüb.

"APA-Ecoinomics"in OECD-nin hesabatına istinadən verdiyi məlumata görə, buna baxmayaraq, göstərici hələ də pandemiyadan əvvəlki səviyyədən 0,2 faiz bəndi yuxarıdır.

OECD zonasındakı işsizlərin sayı da azalmağa davam edir. Belə ki, regionda işsizlərin sayı 1,1 mln. nəfər azalaraq 36,9 mln. enib, lakin bu göstərici yenə də pandemiyadan əvvəlki səviyyədən 1,5 mln. yuxarıdır.

İşsizlik səviyyəsi həm qadınlar (5,9%-dən 5,8%-dək), həm də kişilər (5,5%-dən 5.3%-dək) arasında azalıb.

Gənclər arasında (15-24 yaş) işsizlik cüzi azalıb – oktyabrdakı 11,9%-dən 11,8%-dək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR