Qeyri-neft sektoru üzrə əmək müqavilələrinin sayı 47 mindən çox artıb

Qeyri-neft sektoru üzrə əmək müqavilələrinin sayı 47 mindən çox artıb
# 18 noyabr 2022 14:10 (UTC +04:00)

2022-ci ilin 1 noyabr tarixinə aktiv əmək müqavilələrinin sayı 1 mln. 728 mindən çox olub.

"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətindən bildirilib.

Məlumata görə, ilin əvvəli ilə müqayisədə qeyri-neft sektorunun özəl bölməsində əmək müqavilələrinin sayı 47 mindən çox artıb. Oktyabr ayı ərzində özəl sektorda 12.5 mindən çox yeni əmək müqaviləsi qeydə alınıb. Bildirilib ki, cari ildə bu sahədə aparılan tədbirlərin nəticəsi olaraq, əmək müqavilələrinin artımı, əsasən, ticarət, xidmət, sənaye sahələrində daha çox müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR