Şahin Bağırov: Hədəfimiz Transxəzər Beynəlxalq Şərq-Qərb Dəhlizi boyu "Bir pəncərə" prinsipinə nail olmaqdır

Şahin Bağırov: Hədəfimiz Transxəzər Beynəlxalq Şərq-Qərb Dəhlizi boyu "Bir pəncərə" prinsipinə nail olmaqdır
# 15 mart 2023 12:15 (UTC +04:00)

Bizim hədəfimiz rəqəmsal həllər vasitəsilə tranzit potensialının inkişafına xidmət edən alətləri tətbiq etmək və Transxəzər Beynəlxalq Şərq-Qərb Dəhlizi boyu "Bir pəncərə" prinsipi vasitəsilə bu prosedurların həyata keçirilməsinə nail olmaqdır.

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsinin sədri Şahin Bağırov bildirib.

"Yaxın vaxtlarda müvafiq portal hazırlayaraq onu istifadəyə verəcəyik. Bu portal vasitəsilə beynəlxalq tranzit rejimlərinin həmin portalda cəmlənməsi, tranzit əməliyyatı məlumatlarının həmin portala daxil olması vasitəsilə tranzit əməliyyatların özünün idarəedilməsinə nail olacağıq. Burada idarəetmə dedikdə, söhbət rəqəmsal həllərdən gedir. Əlbəttə ki, məlumatların əvvəlcədən ötürülməsini hədəf kimi müəyyən etmişik və tranzit əməliyyatların keyfiyyətinin və etibarlılığının təmin olunmasına xidmət edir. Tranzit prosedurları öncədən qeydə alınır, gömrük nəzarəti nöqteyi nəzərdən prosedurlar tətbiq olunur və həmin göndəriş əsasında mallar Azərbaycana daxil olmazdan əvvəl zəruri işlər tamamlanır. Daha sonra yüklər Azərbaycana daxil olanda gömrük orqanları tez bir zamanda onu elektron formada rəsmiləşdirir", - deyə Şahin Bağırov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR