Şöbə rəisi: Xanoba gömrük postunda 13 nəqliyyat zolağı fəaliyyət göstərir

Şöbə rəisi: Xanoba gömrük postunda 13 nəqliyyat zolağı fəaliyyət göstərir
# 30 may 2023 12:35 (UTC +04:00)

Xanoba gömrük postu üzrə sərhəd-buraxılış məntəqəsində hazırda 13 nəqliyyat zolağı fəaliyyət göstərir. Bunlardan 6-sı yük nəqliyyat vasitəsi, 5-i minik nəqliyyat vasitələri üçün nəzərdə tutulub, 1-i isə VİP-dir.

"APA-Economics" xəbər verir ki, bunu jurnalistlərə Gömrük-Sərhəd Buraxılış Məntəqələrinin İşinin Təşkili Baş İdarəsinin Transsərhəd əməkdaşlığı şöbəsinin rəisi Cəfər Quluzadə deyib.

O bildirib ki, hər iki istiqamətdə yük nəqliyyat vasitələrinin maksimum buraxılış həcmi 550-i, 1000 ədəd avtomobil, 30 ədəd avtobus və 5000 nəfər fiziki şəxsdir. Hərəkət zolaqları ilə yanaşı Ticarətin asanlaşdırılması mərkəzi də fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR