Analitik: Neftin qiyməti 60 dollaradək artacaq

Analitik: Neftin qiyməti 60 dollaradək artacaq
# 29 aprel 2020 10:32 (UTC +04:00)

Bu ilin payızında neft bazarında sabit müsbət dinamika müşahidə ediləcək.

"APA-Economics"in RİA "Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Ticarət və Sənaye Palatasının Enerji Strategiyası və İnkişaf üzrə Komitəsinin üzvü Rüstəm Tankayev deyib.

Onun fikrincə, bu ilin dekabr ayı üçün isə neftin bir barelinin qiyməti stabil göstərici – 60 ABŞ dolları səviyyəsinə çıxacaq.

R. Takayev neft qiymətlərindəki volatilliyi fərqli mal bazarlarında spekulyativ oyunlarla əlaqələndirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR