Anar Məmmədov: Pandemiya "Star" NEZ-in istehsal həcmlərinə təsir etməyib

Anar Məmmədov: Pandemiya "Star" NEZ-in istehsal həcmlərinə təsir etməyib
# 25 dekabr 2020 15:52 (UTC +04:00)

Yeni növ koronavirus pandemiyasına baxmayaraq, SOCAR tərəfindən Türkiyənin Əliağa yarımadasında inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) istehsalını azaltmayıb.

"APA-Economics"in məlumatına görə, bunu "SOCAR-Türkiyə Emal və Neft Kimya İş Birliyi"nin rəhbəri və "Petkim"in baş direktoru Anar Məmmədov onlayn rejimində keçirilən mətbuat konfransı zamanı deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası sadəcə istehsal konfiqurasiyasının dəyişdirilməsinə səbəb olub. Belə ki, aviasiya yanacağının əvəzinə (istehlakın azalması səbəbindən – red.) dizel yanacağının istehsalına üstünlük verilib: "Hazırda STAR-da tam güclə istehsal davam etdirilir".

Onun sözlərinə görə, "Star" NEZ Türkiyənin neft əsaslı məhsullarında olan ehtiyacının 20-25%-i təmin edir.

A. Məmmədov onu da qeyd edib ki, zavodda 2021-ci ildə istehsal gücünü artırmaqla əhəmiyyətli bir dəyər yaratmaq üçün işlər davam etdiriləcək.

Xatırladaq ki, SOCAR-ın "Star" zavodunun illik emal gücü 10 mln. tondur. Əsas məhsullarını dizel yanacağı (4,8 mln. ton), təyyarə yanacağı (1,6 mln. ton), nafta (1,6 mln. ton), maye neft qazı, qarışıq ksilen, neft koksu təşkil edir. Zavod daşınmalar baxımından strateji əhəmiyyət kəsb edən Əliağa yarımadasında yerləşir. Əliağa yarımadasında "Star" NEZ-lə yanaşı, SOCAR-ın "Petkim" neft-kimya kompleksi, külək elektrik enerji stansiyası və Egey dənizinin ən böyük limanı olan SOCAR Terminalı vahid infrastruktur və dəyər zənciri çərçivəsində fəaliyyət göstərir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR