Avropada sərt qış mövsümü qaza tələbatı artıracaq

Avropada sərt qış mövsümü qaza tələbatı artıracaq
# 09 fevral 2021 10:10 (UTC +04:00)

Avropada sərt qış mövsümü və yeraltı qaz anbarlarındakı ehtiyatların aşağı səviyyədə olması bu il "mavi yanacağa" yüksək tələbatın olması üçün şərait yaradacaq.

"APA-Economics"in məlumatına görə, bu barədə Rusiya mətbuatı "Qazprom" şirkətinə istinadən xəbər verir.

Məlumata görə, bu ilin 6 fevral tarixinə Avropadakı yeraltı anbarlardan 47 mlrd. kubmetr qaz çıxarılıb ki, bu da builki qışa hazırlıq çərçivəsində anbarlara vurulan qazın həcmindən 14% çoxdur. Bununla yanaşı, qeyd edilən göstərici bütün ötən qış mövsümü anbarlardan çıxarılan qaz həcmlərindən 8% çoxdur. Belə ki, Avropada yerləşən yeraltı qaz anbarlarının dolum səviyyəsi 50%-dən aşağı düşüb.

"Bizim üçün isə bu, 2021-ci ildə Avropada "Qazprom" qazına olan tələbata yaxşı perspektivlərin olması deməkdir", - məlumatda qeyd edilir.

Xatırlada ki, Avropada bu ilin yanvarın əvvəlinə qaz anbarlarının dolum səviyyəsi 74% təşkil edirdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR