Azərbaycanda bu il 9,3 mln. ton neft hasil edilib

Azərbaycanda bu il 9,3 mln. ton neft hasil edilib
  • Clock-gray 15:42
  • calendar-gray 15 Aprel 2020

Bu ilin I rübündə Azərbaycanda 9,3 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, hasil edilmiş neftin 6,4 mln. tonu "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokunun, 952 min tonu isə (kondensat) "Şahdəniz" yatağını payına düşüb.

Ötən dövr SOCAR üzrə neft hasilatı isə 1,9 mln. ton təşkil edib.

Emil İsmayılov

Digər xəbərlər