Britaniya şirkəti TAP-ın diaqnostikasını aparacaq

Britaniya şirkəti TAP-ın diaqnostikasını aparacaq
# 11 mart 2021 12:52 (UTC +04:00)

"NDT Global" şirkəti Azərbaycan qazını Avropaya daşıyan Trans-Adriatik qaz kəmərinin (TAP) diaqnostikasını həyata keçirəcək.

"APA-Economics"in məlumatına görə, bu barədə şirkətin açıqlamasında deyilir.

Məlumata görə, şirkət 878 km uzunluğunda çətin xüsusiyyətlərə malik olan (qaz kəmərinin trayektoriyası, coğrafiyası və boru divarlarının qalınlığı) qaz kəmərinin diaqnostikasının aparılması üzrə müqaviləni əldə edib.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti (TAP – red.) ilə "mavi yanacağın" kommersiya məqsədli nəqlinə ötən ili dekabrın 31-də başlanılıb. Xatırladaq ki, Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə "Şahdəniz-2" layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanacaq. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR