EIA: Bu il gündəlik qlobal neft və maye yanacağın istehlakı 8,3 mln. barel azalacaq

EIA: Bu il gündəlik qlobal neft və maye yanacağın istehlakı 8,3 mln. barel azalacaq
# 10 iyun 2020 10:53 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) 2020-ci ildə gündəlik qlobal neft və maye yanacağın istehlakının 92,5 mln. barel səviyyəsində olacağını proqnozlaşdırır ki, bu da ötən illə müqayisədə 8,3 mln. barel azdır.

"APA-Economics"in EIA-nın aylıq hesabatına istinadən verdiyi məlumata görə, gələn il gündəlik qlobal neft və maye yanacağın istehlakı orta hesabla 7,2 mln. barel artaraq 99,7 mln. barel təşkil edəcək.

EIA-in proqnozlarına əsasən, 2020-ci ilin ikinci rübündə gündəlik qlobal neft və maye yanacağa tələbat 83,9 mln. barel olacaq, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,6 mln. barel azdır.

Qlobal istehlakın azalması yeni növ koronavirusun (COVID-19) yayılması ilə bağlı dünyada iqtisadi aktivliyin və səyahətlərin azalmasının nəticəsidir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR