Gürcüstan Azərbaycan qazının idxalını azaldıb

Gürcüstan Azərbaycan qazının idxalını azaldıb
# 19 mart 2021 12:30 (UTC +04:00)

Bu ilin yanvar-fevral ayları ərzində Gürcüstan Azərbaycandan 58 326,6 min ABŞ dolları dəyərində 360 057,9 ton qaz idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Hesabata görə Azərbaycandan idxal edilən məhsulun dəyəri illik müqayisədə 29 931,2 min dollar və ya 33,9%, həcmi isə 157 274,3 ton və ya 30,4% azdır. Belə ki, 2020-ci ilin ilk iki ayı ərzində Gürcüstan Azərbaycandan 88 257,8 min dollar dəyərində 517 332,2 ton qaz idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR