Gürcüstan Azərbaycandan qaz idxalını yanvar-noyabrda 4% azaldıb

Gürcüstan Azərbaycandan qaz idxalını yanvar-noyabrda 4% azaldıb
# 21 dekabr 2020 11:32 (UTC +04:00)

Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 207 682,31 min ABŞ dollar dəyərində 1 448 869,88 ton qaz idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan idxal edilən məhsulun dəyəri illik müqayisədə 41 431,74 min dollar və ya 16,6%, həcmi isə 64 118,55 ton və ya 4,23% azalıb. Belə ki, 2019-cu ilin yanvar-noyabr ayları ərzində Gürcüstan Azərbaycandan 249 114,05 min dollar dəyərində 1 512 988,43 ton qaz idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR