Gürcüstan bu il Azərbaycandan 89 min ton avtomobil yanacağı idxal edib

Gürcüstan bu il Azərbaycandan 89 min ton avtomobil yanacağı idxal edib
# 14 iyul 2020 11:47 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Gürcüstan Azərbaycandan 88,8 min ton avtomobil yanacağı idxal edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Neft Məhsulları İdxalçıları Birliyinin hesabatında qeyd olunub.

Bildirilib ki, Azərbaycandan yanacaq idxalı Gürcüstanın ümumi idxalının 17,8%-nə bərabər olub. Bu göstərici ilə Azərbaycan Gürcüstanın üçüncü əsas yanacaq təchizatçısı olub. Birinci və ikinci yerlərdə isə müvafiq olaraq Rusiya – 90,2 min ton (18,1%) və Rumıniya 90,2 min ton (18,1%) qərarlaşıb.

Cari ilin ilk altı ayı ərzində Gürcüstan Türkmənistandan 50,3 min ton (10,1%), Bolqarıstandan 36,6 min ton (7,4%), Yunanıstandan 21,4 min ton (4,3%), Qazaxıstandan 20,3 min ton (4,1%), Türkiyədən 9,1 min ton (1,8%) yanacaq idxal edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR