IEA qlobal neft tələbatı üzrə proqnozunu endirib

IEA qlobal neft tələbatı üzrə proqnozunu endirib
# 11 fevral 2021 14:03 (UTC +04:00)

Beynəlxalq Enerji Agentliyi (IEA) 2021-ci ildə qlobal neft tələbatının artımı ilə bağlı proqnozunu təxminən 0,2 mln. barel azaldıb.

"APA-Economics"in IEA-ın aylıq hesabatına istinadın verdiyi məlumata görə, beləliklə, bu il neftə olan gündəlik tələbat 5,4 mln. barel artaraq 96,4 mln. barel təşkil edəcək.

Hesabata əsasən, bu ilin I rübündə gündəlik tələbatın 1 mln. barel azalacağı (2020-ci ilin IV rübü ilə müqayisədə) ehtimal edilir. Lakin ilin ikinci yarısında müsbət iqtisadi perspektivlər neftə olan tələbatın artımına səbəb ola bilər.

Hesabatda vurğulanır ki, qeyd olunan həcmlərdə tələbatın artımı 2020-ci ildə pandemiya səbəbindən itirilmiş həcmin 60%-nin bərpası deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR