İran neft satışlarını artırmaq niyyətindədir

İran neft satışlarını artırmaq niyyətindədir
# 08 dekabr 2020 16:34 (UTC +04:00)

İran hökuməti gündəlik neft satışlarını 2,3 mln. barelə çatdırmağı planlaşdırır.

"APA-Economics"in məlumatına görə, bu barədə İran hökumətinin rəsmi nümayəndəsi Əli Rabii deyib.

Onun sözlərinə görə, bu rəqəmlər ölkənin 2021-ci il üçün büdcəsində (gələn ili martın 21-dən etibarən) nəzərdə tutulub. Bu satış göstəriciləri ABŞ-ın İranın digər ölkələrə neft tədarükünə mane olan sanksiyalar tətbiq etməzdən əvvəl qeydə alınıb.

Bununla yanaşı, Ə. Rabii İranın xaricə xammal sata bilməyəcəyi təqdirdə dövlət üçün lazımi gəliri əldə etmək məqsədilə İran əhalisinin neft alqı-satqısı müqavilələrinə cəlb edilməsinin nəzərdə tutulduğunu da vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR