İtaliyaya TAP-la ötən ay 340 mln. kubmetr Azərbaycan qazı idxal edilib

İtaliyaya TAP-la ötən ay 340 mln. kubmetr Azərbaycan qazı idxal edilib
# 12 fevral 2021 11:36 (UTC +04:00)

Bu ilin yanvarında Yanvarda Trans-Adriatik kəməri (TAP) vasitəsilə İtaliyaya 340 mln. kubmetr qaz idxal edilib.

APA-Economics”in məlumatına görə, bu barədə İtaliyanın İqtisadi İnkişaf Nazirliyinin infrastruktur və enerji sistemləri üzrə baş direktoru Gilberto Diyaluçe CQD-in Məşvərət Şurası çərçivəsində nazirlərin video-konfrans formatında keçirilən VII iclasındakı çıxışında deyib.

Çıxış zamanı G. Diyaluçe CQD layihəsinin qlobal əhəmiyyətindən danışdı və onun enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu vurğulayıb.

“Bu gün şadam ki, CQD-nin açılışı artıq reallıqdır və o qaz təchizatının təhlükəsizliyini və şaxələndirilməsini təmin edən, istehlakçılara qaz qiymətlərini azaltmaq üçün rəqabəti gücləndirən və pik saatlarda istismar olunan qaz enerji stansiyaları vasitəsilə elektrik şəbəkəsinə tədricən müxtəlif bərpa olunan enerjinin daxil edilməsinə töhfə verən əsas infrastrukturdur. Dekabrın 31-də Trans-Anadolu boru kəməri ilə qaz interkonnektor vasitəsilə həm Yunanıstana, həm Bolqarıstana çatdırılıb, bu iki ölkəni keçərək TAP ilə “Snam Rete Gas” arasında interkonnektor nöqtəsində İtaliyaya daxil olub”, - G. Diyaluçe qeyd edib.

Onun sözlərinə görə. hazırda İtaliya və Avropa üçün Azərbaycan kimi yeni qaz təchizatı mənbəyinin işə düşdüyünü və ilk dəfə olaraq qədim qitəni Türkiyə və Balkanlar vasitəsilə Xəzərlə birləşdirən Cənub Qaz Dəhlizi kimi yeni marşrut olduğunu nəzərə alaraq bu, qaz sektoru üçün tarixi gündür.

"Axın həcmi gündəlik təxminən 11 mln. kubmetr təşkil edir. Yanvarda TAP ilə İtaliyaya 340 mln. kubmetr qaz idxal edilmişdir. Onun təxminən 70 mln. kubmetri revers axın formasında interkonnektor nöqtəsi ilə Avropaya ixrac olunub”, - deyə G. Diyaluçe vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR