Rusiyada strateji neft ehtiyatlarının saxlanılması üçün anbarların tikintisi təklif edilib

Rusiyada strateji neft ehtiyatlarının saxlanılması üçün anbarların tikintisi təklif edilib
# 15 may 2020 16:26 (UTC +04:00)

Rusiya Qaz Cəmiyyəti ölkənin Energetika nazirinin müavini Pavel Sorokinə ölkədə strateji neft ehtiyatlarının saxlanılması üçün anbarların tikintisi təklifini özündə əks etdirən məktub göndərib.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, təklif Rusiyada hasil edilən neft həcmlərinin 10%-i qədər saxlanıla biləcək anbarların tikintisini nəzərdə tutur.

Cəmiyyətin məlumata görə, koronavirus pandemiyası və bununla bağlı dünyada tətbiq edilən sərt məhdudiyyətlər qlobal neft tələbatının və neft qiymətlərinin kəskin enməsinə səbəb olub. Bu şəraitdə neft anbarlarının strateji əhəmiyyəti xeyli artıb və neft anbarlarını inşa edən ölkələr, xüsusən də ABŞ və Səudiyyə Ərəbistanı qalib mövqedə qərarlaşıblar.

Cəmiyyətin hesablamalarına görə, Rusiya neftsaxlama anbarlarının inkişafı məsələsində bir çox neft ixrac və idxal edən ölkələrdən geridədir.

Beləliklə, Rusiya Qaz Cəmiyyəti ölkənin iri neft-qaz şirkətlərinə bu məsələnin öyrənilməsi təklifi ilə müraciət edib və hazırda Energetika Nazirliyinin dəstəyinə ümid bəsləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR