"SOCAR Polymer" yanvar-sentyabrda ixracı 33% artırıb

"SOCAR Polymer" yanvar-sentyabrda ixracı 33% artırıb
  • Clock-gray 17:22
  • calendar-gray 03 Noyabr 2020

"SOCAR Polymer" şirkəti bu ilin yanvar-sentyabr ayları ərzində 84,9 mln. ABŞ dolları dəyərində məhsul ixrac edib, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 32,9% çoxdur.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "APA-Economics"ə verilən məlumata görə, keçən ilin müvafiq dövründə şirkət 63,7 mln. dollar dəyərində məhsul ixrac edib.

"SOCAR Polymer" şirkəti Sumqayıt Kimya Sənaye Parkının rezidentidir. 2013-cü ildə formalaşmağa başlayan Sumqayıt Kimya Sənaye Parkı Bakıdan 30 km şimalda yerləşir.

Şirkət biri polipropilen digəri isə yüksək sıxlıqlı polietilen (YSPE) istehsalı üçün nəzərdə tutulan iki zavod inşa edib. Həmin polipropilen və yüksək sıxlıqlı polietilen zavodlarının istehsal gücü müvafiq olaraq ildə 184 min və 120 min ton təşkil edir.

Hüseyn Vəliyev

Digər xəbərlər