SOCAR ötən il polimer məhsullarının ixracını kəskin artırıb

SOCAR ötən il polimer məhsullarının ixracını kəskin artırıb
# 18 yanvar 2021 14:47 (UTC +04:00)

Ötən il “SOCAR Polymer” şirkəti tərəfindən müxtəlif çeşidlərdə yüksək sıxlıqlı polietilen və polipropilen olmaqla, 132,5 min ton polimer məhsulu ixrac edilib ki, bu da 2019-cu illə müqayisədə 58% çoxdur.

SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, il ərzində neft emalı və neft-kimya məhsullarının ixracı (polimerlərlə birlikdə) təqribən 2,4 mln. ton təşkil edib.

Məlumata görə, Azərbaycanda istehsal olunan polimer məhsullarının əsas ixrac bazarları Rusiya, Türkiyə və Çindir.

Qeyd edək ki, “SOCAR Polymer” 2020-ci ildə Rusiyanın ən böyük polipropilen idxalçısı olmuşdur. İl ərzində polimer məhsullarının Avstriya, Rumıniya və Gürcüstan bazarında satışına da başlanılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR