SOCAR yanvar-oktyabrda 6,2 mln. ton neft hasil edib

SOCAR yanvar-oktyabrda 6,2 mln. ton neft hasil edib
  • Clock-gray 13:28
  • calendar-gray 19 Noyabr 2020

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanda 28,8 mln. ton neft (kondensatla birlikdə) hasil edilib.

Azərbaycan Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, neft (kondensatla birlikdə) hasilatı ötən ilin müvafiq dövrü ilə müqayisədə təxminən 2,3 mln. ton az olub.

Məlumata əsasən, respublika üzrə hasil edilmiş neftin 19,7 mln. tonu "Azəri-Çıraq-Günəşli" neft-qaz yataqlarının, 2,9 mln. tonu (kondensat) "Şahdəniz" qaz-kondensat yatağının payına düşüb.

"SOCAR üzrə hasilat 6,2 mln. ton təşkil edib", - nazirlikdən bildirilib.

Emil İsmayılov

Digər xəbərlər