Aİ ölkələri qaz anbarlarını artıq 80%-dən çox doldurub

Aİ ölkələri qaz anbarlarını artıq 80%-dən çox doldurub
# 31 avqust 2022 09:37 (UTC +04:00)

Avropa İttifaqı ölkələrində yeraltı qaz anbarlarının dolumluluq səviyyəsi orta hesabla 80%-i ötüb.

"APA-Economics"in məlumatına görə, bu barədə "Gas Infrastructure Europe" Assosiasiyasının (Avropanın qazın nəqli sistemləri operatorları assosiasiyası) məlumatlarında bildirilib.

Məlumata görə, hazırda qeyd olunan göstərici 80,17% təşkil edir.

Çərşənbə axşamı günü Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Avropa Birliyinin qaz anbarlarının orta dolumluluq səviyyəsinin 80%-ə çatdığını bildirib.

Xatırladaq ki, bu il Aİ ölkələri 1 noyabr 2022-ci il tarixinədək yeraltı qaz anbarlarını ən azı 80% və sonrakı bütün qış dövrlərində isə 90% doldurmağı öhdələrinə götürüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR