Avropada qaz 6%-dən çox ucuzlaşıb

Avropada qaz 6%-dən çox ucuzlaşıb
# 14 mart 2023 09:34 (UTC +04:00)

Ötən gün keçirilən hərracların bağlanışında Avropada qazın 1 000 kubmetrinin qiyməti 542 ABŞ dollarına enib.

APA-Economics” xəbər verir ki, 13 mart tarixində aprel fyuçerslərinin qiyməti TTF (Niderlandın "Title Transfer Facility"i - Avropanın ən likvid virtual satış mərkəzi) indeksi üzrə 541,9 dollar təşkil edib, bu da öncəki hesablama qiyməti (579,3 dollar) ilə müqayisədə 6,4% azdır.

Xatırladaq ki, ötən ilin 7 mart tarixində gün ərzində Avropada qazın qiyməti bir neçə dəfə rekord vuraraq maksimum 3 900 dollaradək yüksəlib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR