Azərbaycan bu il maye qazın ixracını 72%-dək azaldıb

Azərbaycan bu il maye qazın ixracını 72%-dək azaldıb
# 20 iyun 2022 12:33 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycan 7 028,1 ton maye qaz ixrac edib ki, bu da illik müqayisədə 71,8% azdır.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, hesabat dövründə ixrac edilən maye qazın dəyəri 3 399,3 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 32,4% azdır.

Xatırladaq ki, ötən il Azərbaycan 69 268,1 ton maye qaz ixrac edib ki, bu da 2020-ci ilin göstəricisi ilə müqayisədə 1,7 dəfə çoxdur. 2021-ci ildə ixrac edilən maye qazın dəyəri 22 748,8 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 4,5 dəfə çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR