Azərbaycan neft məhsullarının ixracını kəskin azaldıb

Azərbaycan neft məhsullarının ixracını kəskin azaldıb
# 16 avqust 2022 18:21 (UTC +04:00)

Bu ilin yanvar-iyul aylarında Azərbaycan 219 798,36 min ABŞ dolları dəyərində 355 552,21 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2021-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 44,2%, həcmi isə 2,4 dəfəyə yaxın azalıb.

Xatırladaq ki, ötən il Azərbaycan 649 567,45 min ABŞ dolları dəyərində 1 341 851,3 ton neft məhsulları ixrac edib. Hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2020-ci ilin göstəricisi ilə müqayisədə 2,2 dəfədən çox, həcmi isə 26,1% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR