Azərbaycan və Özbəkistan sənaye mülkiyyətinə aid patent fondlarından qarşılıqlı istifadə edəcək

Azərbaycan və Özbəkistan sənaye mülkiyyətinə aid patent fondlarından qarşılıqlı istifadə edəcək
# 23 sentyabr 2022 12:55 (UTC +04:00)

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

APA xəbər verir ki, preambula və 14 maddədən ibarət olan Saziş, 2022-ci il iyunun 21-də Daşkənd şəhərində imzalanıb. Müzakirə edilən qanun layihəsində Sazişin müddəalarına uyğun olaraq tərəflər sənaye mülkiyyəti obyektlərinə dair hüquqların mühafizəsi və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsi, bu sahə üzrə qarşılıqlı fəaliyyət, sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya və təcrübə mübadiləsi və digər sahələr üzrə əməkdaşlıq edəcəklər.

Sazişin müddəalarına uyğun olaraq tərəflər sənaye mülkiyyəti obyektlərinə dair hüquqların mühafizəsi və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsi, bu sahə üzrə qarşılıqlı fəaliyyət, sənaye mülkiyyətinin mühafizəsi sahəsində informasiya və təcrübə mübadiləsi və digər sahələr üzrə əməkdaşlıq edəcəklər. Tərəflər Sazişin 6-cı maddəsinə uyğun olaraq tərəf dövlətin ərazisində sənaye mülkiyyətinə aid olan patent fondlarından, kitabxanalardan şərtlər daxilində istifadə edə biləcəklər. Sazişin həyata keçirilməsi üçün səlahiyyətli orqanlar qismində Azərbaycan Respublikasında Əqli Mülkiyyət Agentliyi, Özbəkistan Respublikasında isə Ədliyyə Nazirliyi çıxış edəcək. Tərəflər həmçinin Sazişə dəyişikliklər və əlavələr edilməsini protokollar əsasında həyata keçirməyi də öhdələrinə götürürlər. Sazişin digər maddələri isə qeyd olunan məqsədlərdən irəli gələn digər məsələləri tənzimləyir. Saziş 5 il müddətinə bağlanıbr və tərəflərdən biri müvafiq dövrün bitməsinə 6 ay qalmış müraciət etməzsə, o növbəti 5 il müddətinə uzadılır. Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında 1997-ci il 18 iyun tarixdə Daşkənd şəhərində imzalanmış Saziş qüvvədən düşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR