Azərbaycanda əmtəəlik qazın istehsalı 11% artıb

Azərbaycanda əmtəəlik qazın istehsalı 11% artıb
# 14 sentyabr 2022 12:07 (UTC +04:00)

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 42,3 mlrd. manat olmaqla, əvvəlki ilin yanvar-iyul aylarına nisbətən 1,1% azalıb.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, sahənin əsas məhsulu olan əmtəəlik xam neft hasilatı 21 809,4 min ton, əmtəəlik təbii qaz hasilatı isə 22 930 mln. kubmetr təşkil edib.

“Əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,2% azalıb, əmtəəlik qaz hasilatı isə 11,3% artıb”, - məlumatda qeyd olunur.

Qeyd olunub ki, ümumiyyətlə hesabat dövründə 21 869,8 min ton neft və 30 656,7 mln. kubmetr qaz hasil edilib, bu da müvafiq olaraq 5,1% azalma və 9,8% artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR