Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı kəskin artıb - CƏDVƏL

Azərbaycanda kimya sənayesi məhsullarının istehsalı kəskin artıb - CƏDVƏL
# 18 may 2022 11:07 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda kimya sənayesi, əczaçılıq məhsullarının, rezin və plastik kütlə məmulatlarının istehsalı sahələrində 812,2 mln. manatlıq məhsul istehsal edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə məhsul buraxılışı əczaçılıq məhsullarının istehsalında 2 dəfə, kimya sənayesi məhsullarının istehsalında 52,2%, rezin və plastik kütlə məmulatlarının istehsalında isə 20% artıb.

Məlumata görə, rezin və plastik kütlə məmulatlarından bərk polietilen borular, borucuqlar, şlanqlar, qolların istehsalı 90,6%, məsaməli polistirol lövhələr və zolaqların istehsalı 16,3%, əsas kimya məhsullarından lak-boya məmulatlarının istehsalı isə 13,2% artıb.

Azərbaycanda əsas kimya məhsullarının istehsalı dinamikası:

Məhsul növləri

2022-ci il, yanvar-aprel

2021-ci ilə müvafiq göstəricisinə nisbətən, %

Azot, min kubmetr

7 349,5

102

ondan əmtəəlik

185,5

180,4

Yod, ton

48,1

88,4

Oksigen, min kubmetr

1 503,3

44,1

ondan əmtəəlik

1 491,8

43,9

Propilen, min ton

41,7

92,3

ondan əmtəəlik

39,3

93,3

Polietilen, min ton

44

84

Etilen, min ton

43

81,6

Metanol (metil spirti), min ton

191,4

-

Lak-boya məmulatları, ton

8 218,3

113,2

Sair üzvi kompozisiya həllediciləri və durulaşdırıcıları, ton

17 020,8

125,4

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR