Azərbaycanda yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək

Azərbaycanda yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək
# 30 dekabr 2022 16:34 (UTC +04:00)

"2023-cü ilin yanvar ayından Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən yerin təki sahəsinə dair elektron qeydiyyat və nəzarət sistemi tətbiq ediləcək".

"APA-Economics" xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyalarından İstifadə Agentliyinin sədri Samir İdayətov brifinq zamanı deyib.

Onun sözlərinə görə, hazırlanmış platforma vasitəsilə yer təki sahəsində fəaliyyət göstərən istismarçılar bütün əməliyyatları elektron formada yerinə yetirə biləcəklər: "Hesabatların təqdim edilməsi, razılaşdırılması zəruri olan sənədlərin və digər müraciətlərin şəxsi kabinet vasitəsi ilə online formada göndərilməsi təmin ediləcək. Platforma daxilində vahid məlumat bazası yaradılacaq. Agentlik tərəfindən qəbul edilmiş 5 GK hesabatları və yer təki sahəsindən istifadəyə dair verilmiş icazə sənədləri (DMAA) barədə vahid məlumat bazasına mövcud məlumatların inteqrasiyası da təmin ediləcək".

"Platformada hər biri ayrı bölmədə yataqlar haqqında məlumat, onların isifadəsinə dair hesabatlar, hərraca çıxarılacaq yataqlar, hərracda iştirak şərtləri, cərimələrin məbləğləri haqqında məlumatlar və tərtib olunan aktlar əks olunacaq. Bundan əlavə sayt vasitəsilə istismarçılar onlar üçün qaranlıq qalan bütün prosedurlar və əməliyyatlar haqqında Agentliyin mütəxəssislərinə müraciət ünvanlaya biləcəklər. Bu platformanı yaratmaqda əsas məqsəd operativliyi, şəffaflığı və sahibkarların işində rahatlığı təmin etməkdir", - deyə Samir İdayətov əlavə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR