"Azərişıq"ın Cənub regionu üzrə abunəçilərinin sayı açıqlanıb

"Azərişıq"ın Cənub regionu üzrə abunəçilərinin sayı açıqlanıb
# 06 iyul 2019 14:24 (UTC +04:00)

"Azərişıq" ASC-nin "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsinin ərazisi üzrə abunəçilərin sayı 206 min təşkil edir ki, onların 193 mini əhali arupu, 13 mini isə qeyri-əhali qrupuna aiddir.

"APA-Economics"in xəbərinə görə bunu jurnalistlərə açıqlamasında "Azərişıq" ASC-nin Cəlilabad elektrik şəbəkənin rəisi Marif Novruzov deyib.

Onun sözlərinə görə, idarə ümumilikdə 7 rayonu əhatə edir və regionda olan abunəçilərin 20,4%-i Cəlilabad rayonunun payına düşür.

"Hazırda rayonda 42 min abunəçi var ki, onlardan 39 mini əhali qrupuna, 3 mini isə qeyri-əhali qrupuna aiddir. Burada 110/35/10 Kilovoltluq Cəlilabad yüksək gərginlikli elektrik ötürücü yarımstansiyası yerləşir. Stansiya 300 min əhalinin elektrik təchizatını yaxşılaşdırılması üçün nəzərdə tutulub. Hazırda Cəlilabadın 230 min əhalisi var. Bu da yarımstansiyanın gələcək inkişaf perspektivinin olduğunun göstərir",- deyə M.Novruzov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR